"Sumqayıt" "Mladost" görüşünün vaxtı müəyyənləşdi

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt"ın sonuncu yoxlama oyununun vaxtı açıqlanıb. SportLine.az xəbər verir ki, "kimyaçılar"ın Serbiyanın "Mladost" klubu ilə keçirəcəyi görüş sabah (3 fevral), Bakı vaxtı ilə saat 16:00-a təyin olunub.

Qeyd edək ki, “Mladost” hazırda yerli çempionatda 9-cu pillədə qərarlaşıb.