"Sumqayıt" "Naxçıvan"la üz-üzə gələcək

Azərbaycan Basketbol Liqasında bu gün VII turun daha bir qarşılaşması keçiriləcək.

Sportline.az xəbər verir ki, B qrupunda "Sumqayıt" "Naxçıvan"la üz-üzə gələcək.

Görüş Sumqayıt Olimpiya İdman Kompleksində saat 19:00-da start götürəcək. "Naxçıvan" qrupda 10 xalla ikinci pillədə yer alıb. 8 xala malik "Sumqayıt" isə sonuncu - altıncıdır.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə "Lənkəran" "Sərhədçi"ni 83:78 hesabı ilə məğlub edib. VII tura noyabrın 16-da yekun vurulacaq.