"Sumqayıt" - "Neftçi" matçında xoşagəlməz hadisə

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Sumqayıt" və "Neftçi" arasında baş tutan cavab oyunundan sonra komandalarının futbolçuları arasında mübahisə düşüb.

Sportline.az xəbər verir ki, məşqçilərin və digər şəxslərin müdaxiləsindən sonra gərginliyin böyüməsinin qarşısı alınıb.

Qeyd edək ki, "Sumqayıt" qolsuz heç-heçə sayəsində yarımfinala yüksəlib.