"Sumqayıt" Polşa klubu ilə görüşəcək

Qış fasiləsində Türkiyədə təlim-məşq toplanışı keçirəcək “Sumqayıt”ın yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib.

Sportline.az xəbər verir ki, Ayxan Abbasovun komandası Polşanın “Arka” klubu ilə qarşılaşacaq.

Görüş yanvarın 21-də keçiriləcək.

Qeyd edək ki, Polşa çempionatının Ekstraklasasında çıxış edən “Arka” 20 turdan sonra 21 xalla 13-cü pillədədir.