"Sumqayıt" qapıçısını yola saldı
"Sumqayıt" klubu yarımmüdafiəçi Orxan Əliyevin ardınca daha bir futbolçusu ilə yolları ayırıb.
Sportline.az xəbər verir ki, qapıçı Orxan Sadıqlının başa çatan icarə müqaviləsi yenilənməyib.
Qeyd edək ki, müqavilə ilə "Keşlə"yə məxsus olan 25 yaşlı qolkiper mövsümün əvvəlindən "Sumqayıt"da çıxış edirdi.