"Sumqayıt" "Qarabağ"ı məğlub etdi

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən "Qarabağ" və "Sumqayıt" komandaları yoldaşlıq görüşündə üz-üzə gəlib. SportLine.az xəbər verir ki, matç "Azersun Arena"da təşkil olunub.

Qarşılaşmanın taleyini bir qol həll edib. Cavid Tağıyev "Sumqayıt"a qələbə qazandırıb.