"Qəbələ" "Sumqayıt"la bacarmadı

Bu gün Topaz Premyer Liqasında 21-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Son turlar inamlı təsir bağışlayan "Sumqayıt" Qəbələyə səfər edəcək. Yerli komandanın qonağı olacaq "kimyaçılar" qalib gələcəkləri təqdirdə 2-ci pilləyə bir qədər də yaxınlaşacaqlar. "Qəbələ" isə mövqeyini möhkəmlətmək üçün 3 xala ehtiyac duyur.

Qarşılaşmanın start fiti saat 17:00-da səslənəcək.


02 aprel 2018
Topaz Premyer Liqası
21-ci tur

“Qəbələ” – “Sumqayıt” - 1:1
QOLLAR: 
Stiven Monroz, 55 (1:0) ; Nicat Qurbanov, 82 (1:1)
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

Standings provided by Sofascore LiveScore