"Neftçi" və "Zirə" qalib gəldi, "Sumqayıt" və "Qarabağ" uduzdu
Bu gün Topaz Premyer Liqasında 27-ci turun görüşləri keçiriləcək. SportLine.az xəbər verir ki, dörd oyunun hamısı bir gündə baş tutacaq.
Azarkeşlərin diqqəti, əsasən, Sumqayıta yönələcək. Burada yerli komanda "Qəbələ"ni qəbul edəcək. Avrokuboklara vəsiqə və medallar uğrunda mübarizə aparan "kimyaçılar"a mütləq qələbə lazımdır. "Qırmızı-qaralar" 3 xal qazanacağı təqdirdə 2-ci pilləni təmin edəcək.
Avrokubok mübarizəsində iştirak edən digər komanda, "Neftçi" isə "Səbail"lə münasibətləri aydınlaşdıracaq.
Hazırda 4-cü pillədə qərarlaşan "Zirə" "Kəpəz" ilə görüşdə qələbə qazana bilməsə, Avrokubok imkanlarını itirə bilər.
Çempionluğu rəsmiləşdirən "Qarabağ"ın "Keşlə" ilə oyunu isə formal xarakter daşıyır.
12 may 2018
Topaz Premyer Liqası
"Keşlə” – "Qarabağ” - 3:0
QOLLAR: Andre Klennon, 4 (1:0); Pərdis Fərcad-Azad, 8 (2:0); Slavik Alxasov, 16 (3:0)
Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "İnter Arena”
İlk üç dövrə - 0:1, 0:2, 1:1
"Sumqayıt” – "Qəbələ” - 0:2
QOLLAR: Baqali Dabo, 37 (0:1); Cavid Hüseynov, 88 (0:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Sumqayıt. "Kapital Bank Arena”
İlk üç dövrə - 0:1, 0:1, 1:1
"Neftçi” – "Səbail” - 3:1
QOLLAR: Namiq Ələsgərov, 33 (1:0); Rəhman Hacıyev, 37 (2:0); Lukas Qomes, 80 (3:0); Yevgeni Koçuk, 84 (3:1)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "Dalğa Arena”
İlk üç dövrə - 0:1, 4:0, 2:0
"Zirə” – "Kəpəz” - 2:1
QOLLAR: Riçard Qadze, 41 (1:0); Şəhriyar Rəhimov, 45+1/p. (1:1); Tellur Mütəllimov, 74 (2:1)
QIRMIZI VƏRƏQƏ: Milan Duriç, 8 ("Zirə")
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Elman Kərimov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Kərim Ağayev
Bakı. Zirə İdman Kompleksinin stadionu
İlk üç dövrə - 3:0, 3:0, 0:0