"Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt”qonşu ölkədə ilk yoxlama oyununu keçirib. 

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Nazim Süleymanovun komandası Qətər təmsilçisi “Əl-Şəhaniyə” ilə qarşılaşıb. 

“Sumqayıt” 11-ci dəqiqədə Nicat Qurbanovun qolu ilə hesabda önə keçsə də, rəqib 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Qarşılaşmada başqa qol qeydə alınmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.