"Sumqayıt" - "Sabah" görüşündəki gərgin anlar

Azərbaycan Premyer Liqasının V turunda keçirilən "Sumqayıt" - "Sabah" görüşünün (1:0) sonlarında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovla qonaqların futbolçusu Rəşad Eyubov arasında gərgin anlar yaşanıb.

Sportline.az xəbər verir ki, oyunun sonlarında top meydanı tərk edərkən Ayxan Abbasova tərəf gedib. Rəşad Eyubov topu ondan tez götürüb oyuna daxil etmək istəyərkən mübahisə yaşanıb.

Bu zaman Ayxan Abbasov hisslərinə hakim olmağı bacarıb və meydana daxil olub Rəşadla qucaqlaşıb. O, bu addımı ilə vəziyyətin gərginləşməsinə imkan verməyib.