"Sumqayıt" "Sabah"la qarşılaşacaq
"Sumqayıt” komandası ilə Topaz Premyer Liqasının debütantı "Sabah" arasında yoxlama oyunu keçiriləcək.
SportLine.az-ın məlumatına görə, görüş hazırlıq prosesinin birinci mərhələsi çərçivəsində baş tutacaq.
İyulun 11-də "Əlincə Arena"da təşkil olunacaq qarşılaşma saat 18:00-da başlanacaq.