"Sumqayıt" qələbə üzünə həsrət qaldı

Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün sonuncu yoxlama oyununu keçirəcək. SportLine.az xəbər verir ki, "kimyaçılar" Serbiyanın "Mladost" kollektivi ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, “Sumqayıt” buna qədər Antalyada keçirdiyi 3 görüşdə “Konkordiya” (Rumıniya - 0:1) və “Anji”yə (Rusiya - 0:1) uduzub, “Akademiya Pandev”lə (Makedoniya - 1:1) isə bərabərə qalıb. Samir Abbasovun komandası qələbəsizlik seriyasını qırmaq üçün mübarizə aparacaq.


03 fevral 2018
Yoldaşlıq görüşü

"Sumqayıt" (Azərbaycan) - "Mladost" (Serbiya) - 0:4
Qollar:
 Pavloviç, 20, Dimiç, 27, İvanoviç, 65, Zvrko, 90