"Sumqayıt" stadionuna qovuşdu

Sumqayıt” ev oyunlarını yenidən doğma meydanda keçirəcək.

SportLine.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Topaz Premyer Liqanın 13-cü turunda “Səbail”i məhz "Kapital Bank Arena"da qəbul edəcək. Bu, yeni mövsümdə komandanın Sumqayıtda ilk oyunu olacaq. Mövsümün əvvəlindən gedən təmir işləri  artıq yekunlaşıb və stadion hazır vəziyyətdədir.

“Sumqayıt” – “Səbail” görüşü dekabr ayının 1-də, saat 19:00-da start götürəcək.

Xatırladaq ki, "Kapital Bank Arena" təmirdə olarkən “Sumqayıt” ev oyunlarını “Dalğa Arena” və “Bayıl Arena”da keçirirdi.