"Sumqayıt" təbrizli futbolçunu heyətə qatıb

“Sumqayıt” komandası İranın “Maşinsazi” klubunun üzvü Peyman Babayini icarəyə götürüb.

Sportline.az xəbər verir ki, 25 yaşlı forvardın iki il “Sumqayıt”ın şərəfini qoruyacağı bildirilir. Türkiyənin İstanbul şəhərində keçirilən imza mərasimində “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, “Maşinsazi”nin icraçı direktoru Huşəng Nəsirzadə və futbolçu özü iştirak edib. 

Qeyd edək ki, “Traktorsazi”nin yetirməsi olan Babayi bu mövsüm “Maşınsazi”nin heyətində 14 oyuna 2 qol vurub.

Xatırladaq ki, "Sumqayıt" qış fasiləsində Rəşad Əzizli, Adil Nağıyev və Aydın Bayramovu da transfer edib.