"Sumqayıt" Türkiyə klubuna qarşı

Ankarada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama oyununa çıxacaq. 

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun komandası qardaş ölkədəki 4-cü sınağında Türkiyə Super Liqası təmsilçisi "Gənclərbirliyi" ilə qarşılaşacaq. Kızılcahamam stadionunda olacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, ,"Sumqayıt" bundan əvvəl "Petrolul"la (Rumıniya) heç-heçə (2:2) edib, "Ahal"a (Türkmənistan) qalib (1:0) gəlib, "Diyarbekirspor"a (Türkiyə) isə məğlub (0:1) olub.