"Sumqayıt" Türkiyədə qələbə qazandı
Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib yerli "Giresunspor" kollektivi olub.
Qarşılaşma "Sumqayıt"ın qələbəsi ilə yekunlaşıb - 1:0.
Görüşdə yeganə qolu Süleyman Əhmədov vurub.
Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl "Yeni Malatyaspor"a qalib (3:1) gəlib, "Əl-Şahaniyə"yə ilə heç-heçə (1:1) edib, "Alanyaspor"a isə uduzub (0:7).