"Sumqayıt" Türkiyədəki ilk yoxlama oyununda heç-heçə edib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" klubu ilk yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Aleksey Baqanın baş məşqçi olduğu komanda Polşa “Yagelloniya”sı ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisinin qonşu ölkədəki hazırlıq prosesi yanvarın 23-də başa çatacaq. "Sumqayıt" bu müddət ərzində daha iki yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər və tarixlər hələlik dəqiqləşməyib.