"Sumqayıt"dan bir qələbə, bir məğlubiyyət

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün iki yoxlama oyununda qüvvəsini sınayıb.

SportLine.az xəbər verir ki, "kimyaçılar"ın ilk rəqibi Almaniyanın "Optik" kollektivi olub. Bu görüş "Sumqayıt"ın məğlubiyyəti ilə yekunlaşıb.

İkinci rəqib isə Serbiyanın "Zemun" komandası olub. İkinci matç Azərbaycan klubunun qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, "Sumqayıt" Antalya toplanışı çərçivəsində "Jetısu" (Qazaxıstan) ilə bərabərə qalıb (1:1), "Vardar" (Makedoniya) üzərində qələbə (3:1) qazanıb. Yanvarın 19-na "Çelik"lə oyun nəzərdə tutulsa da, Bosniya və Herseqovina klubu son anda meydana çıxmaqdan imtina etmişdi.

26 yanvar 2019
Yoxlama oyunları

"Sumqayıt" - "Optik" (Almaniya) - 0:1

"Sumqayıt" - "Zemun" (Serbiya) - 2:1