"Sumqayıt" ukraynalı məşqçi ilə müqavilə bağladı

"Sumqayıt"ın fiziki hazırlıq üzrə məşqçisi müəyyənləşib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı Anton Dyaçenko ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, ukraynalı mütəxəssis 2011-2017-ci illər ərzində Kiyev "Dinamo"sunun, 2017-2018 mövsümündə isə "Şaxtyor"un akademiyasında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.