"Sumqayıt" "Vardar"ı məğlub etdi
Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün növbəti yoxlama görüşünü keçirib. SportLine.az xəbər verir ki, rəqib Makedoniyanın "Vardar" kollektivi olub.
Qarşılaşma "Sumqayıt"ın qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Qazaxıstanın "Jetısu" komandası ilə 1:1 hesablı heç-heçə edib. Bosniya və Herseqovina "Çelik"ilə qarşılaşma isə ləğv olunub.
22 yanvar 2019
Yoxlama oyunu
"Sumqayıt" - "Vardar" (Makedoniya) - 3:1
QOLLAR: Arif Daşdəmirov, 53. Xəyal Nəcəfov, 56, Elvin Məmmədov, 86-p. - Yevgeni Novak, 39
Antalya, Türkiyə