"Sumqayıt" yeni transferi rəsmiləşdirdi
"Sumqayıt, "İsrailin "Hapoel" (Təl-Əviv) klubundan Əmir Ağayevin transferini rəsmiləşdirib.
Sportline.az xəbər verir ki, 26 yaşlı hücumameyilli yarımmüdafiəçi "Sumqayıt"la 1,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Əmir Ağayev İsrailin "Bney Yehuda" klubunun yetirməsidir.
İsraildə doğulan futbolçu Kiprin "Omonia" klubunda 2016/17 mövsümündə legioner karyerası yaşayıb.
Əmir "Hapoel"ə 2018-ci ildə "Beytar"dan keçib. Ağayev İsrailin U-19 və U-21 komandalarında çıxış edib.