"Sumqayıt" yoxlama matçında qələbə qazandı

"Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. 

Sportline.az xəbər verir ki, "kimyaçılar" I Divizion təmsilçisi "Şüvəlan"la üz-üzə gəlib. "Dalğa Arena"nın köməkçi meydançasında keçirilən oyun "Sumqayıt"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 52, 68, 82 və 89-cu dəqiqələrdə Murad Xaçayev, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Rüfət Abdullazadə vurub. 

Qeyd edək ki, "Sumqayıt" yanvarın 13-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. Komanda qonşu ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.