"Sumqayıt" yoxlama oyununa çıxacaq
Hazırlığın ilk mərhələsini Azərbaycanda keçirən "Sumqayıt" yoxlama matçında qüvvəsini sınayacaq.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama görüşünü sabah keçirəcəklər.
Ayxan Abbasov yetirmələrini I divizion təmsilçisi "Şüvəlan"la oyunda sınayacaq. "Dalğa Arena"nın köməkçi meydançasında baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.
Qeyd edək ki, "Sumqayıt" təlim-məşq toplanışının ikinci mərhələsi üçün yanvarın 13-də Türkiyəyə uçacaq.