“Sumqayıt” "Zenit"in futbolçusunu transfer etdi
2018/2019 mövsümü üçün tranfer çalışmalarını davam etdirən "Sumqayıt” klubu daha bir futbolçunu heyətinə cəlb edib.
SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, son mövsümü Rusiya "Yenisey”ində oynamış "Zenit”in futbolçusu Aleksey İsayevlə 2 illik müqavilə imzalanıb. İsayev yeni komandasında 23 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, "Yenisey”in yetirməsi olan Aleksey İsayev 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər "Yenisey”in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qola imza atıb. 2016-cı ildə "Zenit”ə transfer olunan futbolçu komandanın əvəzedici heyətində 24 matçda forma geyinib. Son mövsümü isə icarə əsasında yetirməsi olduğu "Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 26 qarşılaşmada 3 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlib.