"Sumqayıt" "Zenit"in yetirməsini heyətə cəlb edir

“Sumqayıt” klubu heyətə yeni futbolçu cəlb edir.

Sportline.az xəbər verir ki, söhbət türkmənistanlı müdafiəçi Cəmaləddin Hocaniyazovdan gedir.

Bu barədə “Transfermarkt” məlumat yayıb. Son olaraq Belarusun BATE klubunun uğurları üçün çalışmış 23 yaşlı futbolçu ilə 2020-ci ilədək müqavilə bağlanıldığı bildirilir. Amma “Sumqayıt” hələlik bu transferi rəsmən açıqlamayıb.

Mart ayından BATE-də forma geyinən 23 yaşlı futbolçu, 2 oyunda meydana çıxıb. “Zenit”in yetirməsi sonralar “Amkar”, “Orhus”, “Ural” (Yekaterinburq), “Dinamo” (Sankt-Peterburq), “Baltika” (Kalininqrad) kimi klublarda da çıxış edib. Camaldin Rusiyanın U-16, U-17, U-19 və U-21 komandalarında da oynayıb.