"Sumqayıt" "Zirə" ilə qarşılaşacaq
Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama görüşündə qüvvəsini sınayacaq.
SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda oktyabrın 13-də “Zirə” ilə qarşılaşacaq. “Sumqayıt Arena”nın köməkçi meydançasında baş tutacaq qarşılaşma saat 15:30-da start götürəcək.