"Sabah" "Qəbələ"yə, "Sumqayıt" "Zirə"yə uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında dördüncü tura start verilib.

Sportline.az xəbər verir ki, turun ilk oyunu Sumqayıtda keçirilib. Yerli komanda “Zirə”ni qəbul edib və 1:2 hesabı ilə uduzub.

Günün ikinci qarşılaşmasında isə “Sabah” və “Qəbələ” klubları üz-üzə gəlib. Qonaqlar 2:1 hesabı ilə qalib gəlməklə cari mövsüm ilk qələbəsini əldə edib. 

Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

 

Azərbaycan Premyer Liqası

4-cü tur

18:00 “Sumqayıt” – “Zirə” - 1:2

Qollar: Tellur Mütəllimov, 16 (avtoqol) - Xulio Sezar Rodriqes, 5, Şafik Tiqrudja, 88
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Kapital Bank Arena”

 

20:00 “Sabah” – “Qəbələ” - 0:1

Qol: Roman Hüseynov, 47
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Vüqar Bayramov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bank Respublika Arena”.