"Sumqayıt" 3 xalı 1 qolla qazandı

Bu gün Topaz Premyer Liqasında 6-cı tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.

1 xalla turnir cədvəlinin zirzəmisində qərarlaşan "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. Paytaxt təmsilçisi qələbə qazanmaqla sonuncu pillədən yaxa qurtarmaq, "kimyaçılar" isə "Sabah"a çatmaq niyyətindədirlər.

Saat 20:00-da başlanacaq görüşü Vüqar Həsənlinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.


30 sentaybr 2018
TPL, 6-cı tur

"Sumqayıt" - "Zirə" - 1:0
QOL: 
Adil Nağıyev, 16/a.q. (1:0)

Baş hakim: Vüqar Həsənli
"Bayıl Arena"

Standings provided by Sofascore LiveScore