"Zirə" "Sumqayıt"ı xalsız qoydu

Bu gün Topaz Premyer Liqasında 18-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib. 

Autsayder mövqeyində qərarlaşan iki komanda - "Sumqayıt" və "Zirə" münasibətləri "birincilər"in meydanında aydınlaşdırıb. 

Matç paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə "Zirə" sonuncu pilləni "Sumqayıt"a təhvil verib.

23 fevral 2019
Topaz Premyer Liqası
18-ci tur

"Sumqayıt" - "Zirə" - 0:1
QOL: 
Mfo Kqasvane, 23 (0:1)

Baş hakim: Əliyar Ağayev
Sumqayıt şəhər stadionu

YER KOMANDA OYUN XAL
1. "Neftçi" 18 38
2. "Qarabağ" 18 38
3. "Səbail" 18 30
4. "Qəbələ" 18 24
5. "Sabah" 18 21
6. "Zirə" 18 17
7. "Keşlə" 18 16
8. "Sumqayıt" 18 15