"Sumqayıt"da gözlənilməz vida

"Sumqayıt" klubu müdafiəçi Adil Nağıyevlə yolları ayırıb.

Sportline.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Halbuki Nağıyev "gənclik şəhəri" təmsilçisinə bu ilin əvvəlində "Zirə"dən keçmişdi.

Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl, Elvin Məmmədov, Cavid Tağıyev, Rəşad Əzizli, Nicat Qurbanov, Yusif Nəbiyev, Ülvi İskəndərov və Əli Babayevlə vidalaşmışdı.