Sumqayıtda qalmaqal

Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilən "Sumqayıt" - "Keşlə" görüşü qalmaqalla yadda qalıb. SportLine.az xəbər verir ki, hadisəyə meydan sahiblərinin futbolçusu Bəxtiyar Həsənalızadənin 71-ci dəqiqədəki hərəkəti səbəb olub. Sürüşmə fəndinin ardından "Keşlə"nin baş məşqçisi Yuri Maksimov futbolçuya etirazını sərt şəkildə bildirib. "Sumqayıt" klubunun ehtiyat oyunçular skamyasında əyləşən üzvlərinin də ayağa qalxması aranın qarışması ilə nəticələnib.

Baş hakim Əliyar Ağayev insidentin ardından Y.Maksimovu meydandan kənarlaşdırıb.