"Sumqayıt" İran çempionunu heyətə qatdı

“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportline.az xəbər verir ki, sumqayıtlılar əslən cənubi Azərbaycanlı hücumçu Mehdi Şərifi ilə 2 illik müqavilə imzalayıblar. 

O, "70" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Mehdi Şərifi karyerası ərzində "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və son olaraq isə "Perspolis" (4 oyun) klublarının şərəfini qoruyub. 26 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).