"Sumqayıt"da yeni idman direktoru

"Sumqayıt" futbol klubunda növbəti təyinat reallaşıb. 

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zamiq Hüseynov idman direktoru vəzifəsini icra edəcək.

Qeyd edək ki, Z.Hüseynov 2008-2018-ci illər ərzində Peşəkar Futbol Liqasında çalışıb. O, qurumun Texniki İdman Şöbəsinin rəisi idi.