"Sumqayıt"dan növbəti transfer

2018/2019 futbol mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” klubu daha bir futbolçunu heyətinə qatıb.

SportLine.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının müdafiəçisi Dmitri Nağıyevlə 1 illik müqavilə imzalayıb. Nağıyev "gənclik şəhəri" təmsilçisində 33 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2012-ci ildən Ukrayna "Dnepr”ində (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü Avstriyanın "Qarabağ Vyana" klubunda (15 oyun, 1 qol) keçirib. Nağıyev həmçinin 2015-2016 ci illərdə U-21 millisində 2 oyunda meydanda olub.