"Sumqayıt"dan yubiley qələbəsi

Topaz Premyer Liqasının XIII turu çərçivəsində "Səbail"ə qarşı keçirilən oyun “Sumqayıt” üçün yubiley qələbəsi ilə əlamətdar olub. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında ilk dəfə 3 xala sevinən Gənclik şəhəri təmsilçisi Premyer Liqada 237-ci matçında 60-cı qələbəsini qazanıb. Bu müddətdə "Sumqayıt" 63 heç-heçə edib, 114 dəfə uduzub. Qələbələrdən isə  41-i ev, 19-u səfər oyunlarında qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan çempionatları tarixində ən çox qələbə qazanan komandalar siyahısında 19-cudur.