"Sumqayıt"ı daha bir futbolçu da tərk etdi

“Sumqayıt” Cavid Tağıyev və Elvin Məmmədovdan sonra daha bir futbolçu ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, söhbət Əfran İsmayılovdan gedir.

Onunla mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, Əfran “Sumqayıt”a ötən yay “Qarabağ”dan keçmişdi.