"Sumqayıt"ın bu mövsümkü azarkeş sayı

Azərbaycan Premyer Liqasının 2018-19 mövsümündə "Sumqayıt" komandasının azarkeş sayı açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 turluq marafonun sonunda komanda 29 xalla çempionatı 6-cı pillədə bitirib.

"Gənclik şəhəri" təmsilçisi arxada qalan mövsümün 14 ev qarşılaşmasının 5-ni müəyyən səbəblərə görə “Dalğa Arena” və “Bayıl Arena”da, qalan 9 matçı isə doğma meydanda - "Kapital Bank Arena"da keçirib.

Komandanın ev oyunlarını 14 tur ərzində ümumilikdə 14 650 azarkeş izləyib.