"Sumqayıt"ın legioneri AFFA-ya müraciət etdi

"Sumqayıt"ın yeni transferi Cəmaləddin Xocaniyazov Azərbaycan milli komandasında oynamaq üçün AFFA-ya müraciət edib.

Sportline.az xəbər verir ki, bu barədə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev məlumat verib: "Azərbaycan millisində oynamaq istəyi olmasaydı, onu komandaya cəlb etməzdik. Yığmada oynamaq üçün AFFA-ya müraciət edib".

Rusiyanın U-21 millisinin üzvü olmuş 23 yaşlı müdafiəçi "Zenit", "Amkar", "Dinamo", "Baltika", "Ural", Norveçin "Orxus" və Belarusun BATE klubunda oynayıb.