"Sumqayıt"ın rəqibi məlum oldu

Sabah təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək "Sumqayıt"ın daha bir rəqibi məlum olub.

Sportline.az xəbər verir ki, Ayxan Abbasovun komandası Rumıniyanın "Petrolul" klubu ilə qarşılaşacaq. Rumıniya mətbuatı görüşün iyulun 21-də keçiriləcəyini yazıb.

Qeyd edək ki, "Sumqayıt"ın Türkiyənin "Akhisar" klubu ilə qarşılaşacağı isə daha əvvəl bəlli idi. Bu matç avqustun 1-nə nəzərdə tutulub.