"Sumqayıt"ın yeni prezidenti müəyyənləşdi-RƏSMİ

“Sumqayıt” Futbol Klubunun yeni prezidenti məlum olub. 

Sportline.az xəbər verir ki, klubun yeni rəhbərinin adına Müşahidə Şurasının növbəti iclasında aydınlıq gəlib. Klubun saytının yaydığı xəbərdə bildirilir ki, iclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riad Rasim oğlu "Sumqayıt"ın prezident seçilməsi üçün təsisçilərə təqdim edilib. O, sonuncuların qərarı ilə prezident təyin olunub.

Qeyd edək ki, R.Rəfiyev bunadək AFFA-da çalışırdı.