"Sumqayıt"ın futzal məktəbi fəaliyyətə başlayı

“Sumqayıt” Futbol Klubunun nəzdində futzal məktəbi fəaliyyətə başlayır.

SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə, seleksiya xarakterli məşqlərə start veriləcək. Seçimlər hər həftənin 1-ci və 4-cü günləri Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. Məşqlərdə 8 - 14 yaşlı futzalçılar iştirak edə biləcəklər. “Sumqayıt” futzal məktəbinə Baba Əsgərov rəhbərlik edəcək.

Qeyd edək ki, bu Azərbaycan Premyer Liqasında çıxış edən klubların nəzdində fəaliyyət göstərəcək ilk futzal məktəbidir.