Super Liqa klubu Useyn Boltu transfer etmək istəyir
Türkiyənin "Sivasspor" klubu heyətini gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, Super Liqa klubu Useyn Boltun xidmətində maraqlıdır.
"TRT World"un məlumatına görə, yamaykalı idmançı ilə yanvar ayında razılıq əldə etmək niyyətindədir. Onunla mövsümün sonunadək müqavilə imzalanması gözlənilir.
Qeyd edək ki, 32 yaşlı idmançı hazırda Avstraliyanın "Sentral Kost Mariners" kollektivində çıxış edir.