Suriya millisi "Qarabağ"a rəqib oldu

Bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi "Ludoqorets" (Bolqarıstan), "Vakker İnsbruk" (Avstriya), "Dinamo" (Kiyev, Ukrayna) və Suriya millisi ilə qarşılaşacaq.

23 iyun. "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan) 

26 iyun. "Qarabağ" - "Vakker İnsbruk" (Avstriya) 

30 iyun. "Qarabağ" - Suriya yığma komandası

4 iyul. "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna)

Qeyd edək ki, “Qarabağ” iyunun 20-də Avstriyaya yola düşəcək.