Tadiç "Ayaks"da qaldı

Hollandiyanın “Ayaks” klubu hücumçusu Duşan Tadiçlə müqaviləni uzadıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı forvardın yeni sözləşməsi 2023-cü ilə qədərdir.

Müqavilənin şərtlərinə əsasən Tadiç 2023-cü ildən etibarən “Ayaks”ın akademiyasında uşaq məşqçisi kimi fəaliyyətə başlayacaq və azı 2026-cı ilə qədər bu vəzifədə çalışacaq.

Qeyd edək ki, 30 yaşlı hücumçu ötən mövsüm “Ayaks”da 56 oyuna çıxıb, 36 qol vurub. O, Avropanın böyük klublarının transfer gündəmində idi.