Tahir Gözəl "Sevilya"nın prezidenti ilə görüşdü

Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək "Sevilya" - "Qarabağ" oyunundan öncə klub rəsmiləri bir araya gəlib.

Sportline.az xəbər verir ki, İspaniya klubunun prezidenti Xose Kastro və Ağdam təmsilçisinin vitse-prezidenti Tahir Gözəl görüşüb. Toplantıda digər klub rəsmiləri də olub. 

Tahir Gözəl Qarabağ"ın rəmzi olan at heykəlini Kastroya bağışlayıb.