Tarix 40 il sonra təkrarlandı
Amerika kuboku turnirinin ilk oyununda Kolumbiyaya 0:2 hesabı ilə məğlub olan Argentina seçməsi yeni anti-rekorda imza atıb.
Sportline.az xəbər verir ki, komanda 40 ildən sonra ilk dəfə Amerika kubokuna məğlubiyyətlə başlayıb.
Qeyd edək ki, Argentina millisi sonuncu dəfə 1979-cu ildə keçirilən Amerika kubokunun ilk turunda Boliviya yığmasına 1:2 hesabıyla uduzmuşdu.