Təmkin Xəlilzadənin uğursuz yubileyi

“Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə Azərbaycan milli komandasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, müdafiəçi UEFA Millətlər Liqasının sonuncu - VI turunun iştirakçısı olub. O, D liqasının III qrupunda keçirilən Kosovo – Azərbaycan matçında (4:0) meydana çıxıb. 

Start heyətində yer alan Xəlilzadə oyunu əvəzolunmadan keçirib. Müdafiəçi bu qarşılaşmada sarı vərəqə alıb.

Xatırladaq ki, bu görüş Təmkinin millidə 10-cu oyunu olub. Onun hesabında 1 qol var.

"Qəbələ" İK-nın məlumatı