Tərlan Əhmədov "Keşlə"də

"Keşlə"nın yeni baş məşqçisi müəyyənləşib.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə Tərlan Əhmədov təyin edilib. Onunla 2018/2019 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, "Keşlə" uğursuz nəticələr səbəbi ilə baş məşqçi Mladen Milinkoviçi dünən istefaya göndərmişdi.