Tərlan Əhmədovun istefa ərizəsinə cavab verildi
"Keşlə” klubu baş məşqçisi Tərlan Əhmədovun istefasını qəbul etməyib.
Sportline.az report.az saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinin rəhbərliyi 48 yaşlı mütəxəssislə yola davam etməyi məqsədəuyğun sayıb.
T.Əhmədov bu gün "ASK Arena"da komandanı məşqə çıxarıb.
Qeyd edək ki, Premyer Liqanın XXIII turunda səfərdə "Sumqayıt”a 1:2 hesabı ilə uduzan "Keşlə” sonuncu – 8-ci pilləyə düşüb T.Əhmədov oyundan sonra təşkil edilən mətbuat konfransında uğursuz nəticələr səbəbi ilə postunu tərk etmək istədiyini, bununla bağlı rəhbərliklə görüşəcəyini deyib.