Təxirə salınmış oyunun vaxtı açıqlandı

Birinci divizionun 15-ci turundan təxirə salınmış "Qarabağ-2" – "Zirə-2" oyununun başlama saatı açıqlanıb.

Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, martın 4-də keçiriləcək qarşılaşma saat 15:00-da başlanacaq.

Qeyd edək ki, əsas heyətin 6 üzvünün 19 yaşadək milli ilə təlim-məşq toplanışında olduğunu əsas gətirən "Qarabağ" klubunun PFL-ə müraciətindən sonra qurum matçın martın 4-də keçirilməsinə qərar vermişdi.



4 mart (bazar ertəsi)

15:00. "Qarabağ-2" – "Zirə-2"
"Azersun Arena"